...

Azərbaycanda zorakılıq törədən 19 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib

Siyasət Materials 3 Sentyabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda son 3 ildə vətəndaşlara qarşı zorakılıq törədən və onların hüquqlarını pozan 19 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib, Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

Nazir müavini qeyd edib ki, son 3 ildə bu qanunsuz əməllərə görə 40 polis əməkdaşı daxili işlər orqanları sıralarından azad edilib, 300 nəfər polis intizam məsuliyyətinə cəlb olunub.

Zalov polisin vətəndaşlara qarşı zor tətbiq etməsi və polisin adına ləkə gətirməsinin yolverilməz olduğunu vurğulayıb və qeyd edib ki, DİN-in rəhbərliyi vətəndaşlara qarşı zorakılıq hallarının araşdırılmasını xüsusi nəzarətdə saxlayıb və belə polisləri ən ağır formada cəzalandırır.

Nazir müavininin sözlərinə görə, polisin vətəndaşlarla normal davranması və münasibətlərin qanun çərçivəsində tənzimlənməsi üçün beynəlxalq təşkilatlarla birlikdə bir sıra layihələr və treninqlər həyata keçirilir.

İndiyə qadər 1000 polis əməkdaşı ATƏT-in Bakı ofisi ilə keçirilən treninqlərdə iştirak edib və onlara xüsusi sertifikatlar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti