...

ATƏT-in müşahidə missiyası Azərbaycandakı prezident seçkisi ilə bağlı ilk hesabatını sentyabrın sonunda açıqlayacaq

Siyasət Materials 4 Sentyabr 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir İ.Əlizadə/ ATƏT-in Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə missiyası ilk hesabatını sentyabrın sonunda açıqlayacaq.

"İkinci hesabat isə, oktyabrın əvvəllərində açıqlanacaq" - cümə axşamı Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının rəhbəri Boris Frles bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Seçki prosesini ATƏT-in 40 uzunmüddətli və 450 qısamüddətli müşahidəçisi izləyəcək.

Onun sözlərinə görə, müşahidə missiyası iki qısamüddətli hesabat açıqlayacaq.

Frles qeyd edib ki, seçkidən bir gün sonra ATƏT öz tərəfdaşları ilə birlikdə yekun hesabatını açıqlayacaq.

"Bizim tərəfdaşlarımız Avorpa Şurası Parlament Asssambleyası və Avropa Parlamenti olacaq" - Frles əlavə edib.

Onun sözlərinə görə, oktyabrın sonunda müşahidəçilər öz missiyasını yekunlaşdıracaq. Seçkidən iki ay sonra isə, ATƏT-in yekun hesabatı sənəd şəklində dərc olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti