...

Xəzərin statusu məsələsində irəliləyiş var – Azərbaycan xarici işlər nazirinin müavini (video)

Siyasət Materials 5 Sentyabr 2008 17:34 (UTC +04:00)
Xəzərin statusu məsələsində irəliləyiş var – Azərbaycan xarici işlər nazirinin müavini (video)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Novruzov/ Xəzəryanı dövlətlərin rəsmi şəxsləri Xəzərin statusunun müəyyən olunması məsələsində irəliləyişin olduğunu qeyd edirlər.

"Biz Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiya layihəsi üzrə öz işimizi irəliləyişin əldə olunması kimi qiymətləndiririk və əminik ki, hazırkı qarşılıqlı anlaşma səviyyəsi sənədin qalan bəndlərinin razılaşdırılması üzrə danışıqları uğurla davam etdirməyə kömək edəcək",- deyə cümə günü Qazaxıstan, Azərbaycan, Rusiya, Türkmənistan və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində sentyabrın 4 -5- də Bakıda keçirilən Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun iclasının yekunu üzrə mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Xələfovun sözlərinə görə, iclasda Azərbaycan tərəfindən təqdim olunan Xəzərin təhlükəsizlik məsələləri üzrə sənəd layihəsinə də baxılıb. "Biz Xəzər dövlətlərinin layihə ilə bağlı öz rəylərini bildirəcəklərinə ümid edirik və bu istiqamətdə işimizi davam etdirəcəyik", - deyə nazir müavini bildirib.

Türkmənistan xarici işlər nazirinin müavini Xoşgəldi Babayev bildirib ki, Xəzərin statusuna dair Konvensiya layihəsi üzrə bir sıra təkliflər reallaşdırılmağa yaxındır və onlar işçi qrupun Astanada keçiriləcək növbəti iclasında nəzərdən keçiriləcək.

Sentyabrın 4 -5- də Bakıda Xəzəryanı dövlətlərin ekspertlərinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində iclası keçirilib. Görüşün əsas mövzusu Xəzərin statusunun müəyyən edilməsi üzrə danışıqların davam etdirilməsi olub.

Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə sonuncu sammit ötən il Tehranda keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti