Azərbaycan, Bakı, 05 sentyabr/ Trend müxbir E.Tariverdiyeva/ Münaqişələrin hərbi yolla həllini xalqların öz iradəsini azad ifadə etməsinə qarşı qoymaq olmaz, bu ağır nəticələrə səbəb ola bilər,- Ermənistan prezidenti Serj Sərkisyan cümə günü Moskvada keçirilən brifinqdə bildirib. Brifinq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından sonra keçirilib.
KTMT - keçmiş sovet respublikaları tərəfindən 1992- ci il mayın 15 - də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi - siyasi ittifaqdır. KTMT-nin üzvləri aşağıdakılardır: Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Tacikistan və Özbəkistan.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]