Azərbaycan, Bakı, 5 sentyabr/ Trend , müxbir S.Kazımlı/ Mən Türkiyə prezidenti Abdulla Gülün Erevanda Türkiyə və Ermənistan futbol yığmaları arasında keçiriləcək oyunun izləməsinin əleyhinə deyiləm. Bu barədə Trend a eksklüziv olaraq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Gülün Ermənistana səfərini şərh edərkən bildirib.
"Bir futbol həvəskarı kimi bunu başa düşürəm. Ancaq orada siyasi və iqtisadi məsələlər müzakirə olunacaqsa mən bunu qəbul edə bilmərəm, və hesab edirəm ki, Türkiyə buna getməməlidir", deyə Kərimov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]