...

Rusiya Gürcüstanda atəşkəs müqaviləsindən imtina edərsə, Aİ ona qarşı iqtisadi qadağalar tətbiq edə bilər - ekspert

Siyasət Materials 8 Sentyabr 2008 13:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Moskva Gürcüstanda atəşkəsə dair  imzalanmış müqavilədən imtina edərsə, Avropa İttifaqı ona qarşı iqtisadi qadağalar tətbiq edə bilər. Bu barədə jurnalistlərə gürcü eksperti Mamuka Areşidze deyib.

Bazar etsəsi Moskvada Fransa və Rusiya prezidentlərinin görüşü olacaq. Aİ-də sədrlik edən Nikolya Sarkozi Gürcüstandan Rusiya qoşunlarının çıxarılmasını və Rusiya hərbi hissələrinin avqustun 7-dək tutduqları mövqelərə qaytarılmasını nəzərdə tutan atəşkəs sənədinin yerinə yetirilməsini tələb edəcək. 

"Rusiya tərəfi prosesi uzatmağa çalışır və qoşunlarını münaqişə zonasından aralı olan bufer zonalar adlandırılan ərazilərdən çıxarmır və bu, Avropanı daha qətiyyətli addımlar atmağa sövq edəcək", - Areşidze bildirib.   

O hesab edir ki, Avropanın Rusiyaya qarşı təsirli addımlar atmaq imkanı var.   

Xəbər lenti

Xəbər lenti