Azərbaycan, Bakı, 08 sentyabr/ Trend / Venesuela və RF arasında birgə hərbi - dəniz təlimləri heç bir şəkildə üçüncü tərəfə qarşı yönəlməyəcək,-Rusiya XİN - in rəsmi nümayəndəsi Andrey Nesterenko bazar ertəsi Moskvada keçirilən brifinqdə bildirib, - "Vesti" kanalı xəbər verir.
Noyabrın 10 -14 - də Venesuelanın ərazi sularında Rusiya donanması ilə birgə təlimlər keçiriləcək. Təlimlərdə RF HDQ -nin dörd gəmisi və təxminən 1000 nəfər şəxsi heyəti iştirak edəcək.
"Həqiqətən də, RF və Venesuelanın birgə təlimləri keçiriləcək. Gəmilərin Venesuelaya daxil olması ilə bağlı planlar dünyadakı hazırki vəziyyətlə heç bir şəkildə bağlı deyil və Gürcüstanda hərbi əməliyyatların başlamasınadək təlimlərin keçirilməsi haqqında saziş bağlanmışdı", - Nesterenko bildirib.