...

Azərbaycanın dövlət başçısı Pakistanın yeni seçilmiş prezidentini təbrik edib

Siyasət Materials 8 Sentyabr 2008 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Asif Əli Zərdarini Pakistan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda prezident dost ölkələr və xalqlar arasında əlaqələrin hərtərəfli inkişafı sahəsində səylərin, istər birbaşa qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti