...

Azərbaycanın hakim partiyasının prezident seçkisinə hazırlıqla əlaqədar şənbə günü ümumrespublika müşavirəsi keçirilib

Siyasət Materials 8 Sentyabr 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkisinə hazırlıqla əlaqədar, bazar ertəsi ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxış edərək prezident seçkilərinə hazırlıqla bağlı görülmüş işlər və seçki kampaniyasının təşviqat mərhələsində, müəyyən edilmiş proqrama uyğun olaraq, partiyanın rayon təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb. Bu barədə Trend -a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15- də keçiriləcək. Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmən qeydiyyata alınıb.

Müşavirədə YAP-ın potensialının seçki kampaniyasının təşviqat mərhələsinin də yüksək səviyyədə həyata keçiriləcəyinə zəmanət verdiyi bildirilib. Təşviqat kampaniyasına hazırlıq, qarşıda duran vəzifələr, təşviqatın yeni metodları barədə geniş fikir mübadiləsi aparılıb.

Ümumrespublika müşavirəsində təşviqat kampaniyası ilə bağlı rayon (şəhər) təşkilat sədrlərinə lazımi tövsiyə və tapşırıqlar verilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti