...

Abxaziya üzvlük haqqında ərizə ilə MDB -yə müraciət etməyib – İcraiyyə Komitəsi

Siyasət Materials 8 Sentyabr 2008 17:18 (UTC +04:00)
Abxaziya üzvlük haqqında ərizə ilə MDB -yə müraciət etməyib – İcraiyyə Komitəsi

Azərbaycan, Bakı, 08 sentyabr/ Trend , müxbir R. Novruzov/ Abxaziya MDB -yə üzv olmaq barədə ərizə ilə təşkilata müraciət etməyib. Bir gün əvvəl Abxaziya prezidenti Sergey Baqapş Abxaziya və Cənubi Osetiyanın MDB -yə daxil olmaq planları barədə bəyanatla çıxış edib. "Belə ehtimal çoxdur. Biz artıq məsələ qaldırmışıq və MDB - nin bütün üzvləri bunu mümkün hesab edərlərsə, əlbəttə, biz (Abxaziya və Cənubi Osetiya) bu təşkilata daxil olacaq", - Abxaziya prezidenti bildirib.

"MDB istənilən dövlət üçün açıqdır və dövlət buna hazır olduğunu bildirərsə, Birliyə üzv dövlətlər yeni dövlətin təşkilata daxil olması məsələsinə baxa bilər", - MDB İcraiyyə Komitəsi mətbuat xidmətinin rəhbəri Sergey Suntsov bazar ertəsi Moskvadan telefonla Trend -a bildirib.

"Bizə MDB-yə daxil olmaq barədə Abxaziyadan, hələ ki, heç bir rəsmi müraciət daxil olmayıb", - MDB İcraiyyə Komitəsinin nümayəndəsi bildirib.

MDB 1991-ci ildə, Rusiya, Belorusiya və Ukrayna tərəfindən yaradılıb. Sonradan Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Moldova, Qırğızıstan, Türkmənistan və Tacikistan bu təşkilata üzv olublar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti