...

Cəmiyyətdə Azərbaycan müxalifətinin yeni əməkdaşlıq mərkəzinin fəaliyyətinə maraq yoxdur – vitse-spiker

Siyasət Materials 11 Sentyabr 2008 12:02 (UTC +04:00)
Cəmiyyətdə Azərbaycan müxalifətinin yeni əməkdaşlıq mərkəzinin fəaliyyətinə maraq yoxdur – vitse-spiker

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova hesab edir ki, müxalifətin yeni əməkdaşlıq mərkəzinin fəaliyyətinə cəmiyyətdə heç bir maraq yoxdur.

"Əgər onlar indidən seçkinin nəticələri ilə bağlı fikir bildiriblərsə, cəmiyyət onların fikirləri ilə qətiyyən maraqlanmır", - deyə Muradova cümə axşamı jurnalistlərə bildirib.

Trend -un arayışı: Ötən həftə "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Muradova bildirib ki, Yeni Azərbaycan Partiyası prezident seçkisi ilə bağlı təbliğat kampaniyasına hazırlaşır. "Kampaniyaya start verilən kimi tədbirlərə başlayacağıq. Partiya hər zaman dünyada gedən prosesləri diqqətlə izləyir və yeni seçki texnologiyaları ilə bağlı ayrı-ayrı ölkələrin təcrübəsini sınaqdan keçirməyə çalışır. Eyni zamanda, Azərbaycanın və hakim partiyanın da özünəməxsus təcrübəsi var və təbliğat kampaniyasında bunladan istifadə olunacaq", - deyə o əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırki dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti