...

Azərbaycan və Özbəkistan prezidentləri dahi özbək şairinin heykəlinin açılış mərasimində iştirak ediblər

Siyasət Materials 12 Sentyabr 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Bakıda dahi özbək şairi Əlişir Nəvainin heykəli ucaldılıb. Trend -un AzTV-yə istinadən verdiyi xəbərə görə, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimov bu ölkə rəhbərinin Bakıya rəsmi səfəri çərçivəsində cümə günü abidənin açılış mərasimində iştirak ediblər.

Abidə "Azadlıq" prospekti və Nəcəf Nərimanov küçəsinin kəsişdiyi yerdə yerləşən parkda ucaldılıb.

Özbəkistan prezidenti Azərbaycana səfəri çərçivəsində cümə günü Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşüb, Heydər Əliyev Fonduna baş çəkib.

Kərimovun ikigünlük səfəri günün ikinci yarısında başa çatır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti