...

Türkiyə prezidenti ABŞ ordusunun Baş Qərargah rəisini qəbul edəcək

Siyasət Materials 15 Sentyabr 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend / Bu gün Türkiyə prezidenti Abdullah Gül ABŞ ordusunun Baş Qərargah rəisi admiral Mulleni qəbul edəcək. Bu haqda CNN Türk informasiya agentliyi məlumat verib. ABŞ ordusunun admiralı Mullen Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğla da görüşəcək.

Bu gün yerli vaxt ilə saat 13.40-da Türkiyəyə gələn admiral Mullen Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla artıq danışıqlar aparıb.

Pentaqon rəsmisinin Türkiyə rəsmiləri ilə keçiriləcək görüşlərində iki strateji müttəfiq ölkəni maraqlandıran beynəlxalq və regional problemlər, NATO ilə hərbi əməkdaşlıq ilə bağlı məsələlər müzakirə ediləcək. Danışıqlarda Əfqanıstan, Gürcüstan, İraq və İran kimi ölkələrlə bağlı vəziyyətin müzakirə edilməsi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti