Əfqanıstan, Kabil, 16 sentyabr / Trend , müxbir A.Hakimi/ Əfqanıstanda fəaliyyət göstərən alman şirkətinin milliyyətcə əfqan olan əməkdaşı oğurlanıb.
Şahidlərin sözlərinə görə, Almaniyanın texniki şirkətinin əməkdaşı ölkənin cənub-şərqində yerləşən Hosta şəhərində oğurlanıb. "Hüquq-mühafizə orqanları onun azad edilməsi üçün dərhal əməliyyata başlayıb", - şəhərin qubernatoru deyib.
Oğurluq faktı ilə bağlı indiyədək heç kəs məsuliyyəti öz üzərinə götürməyib.