...

Heç bir ölkə, o cümlədən Rusiya hansısa ölkənin demokratik inkişafına mane olmaq hüququna malik deyil – NATO Baş katibi

Siyasət Materials 16 Sentyabr 2008 14:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Heç bir ölkə, o cümlədən Rusiya hansısa ölkənin demokratik inkişafına mane olmaq hüququna malik deyil", - deyə çərşənbə axşamı BMT, Aİ və ATƏT-ın Gürcüstandakı nümayəndələri ilə görüşdə NATO Baş katibi Yap de Hoop Sxeffer bəyan edib.

O qeyd edib ki, Gürcüstanın Şimali Atlantika Alyansına daxil olması yolunda hansı maneələrin yaradıldığını bütün iştirakçılar yaxşı başa düşürlər. "Biz indi Gürcüstanın düşdüyü çətin vəziyyəti qeyd etməli və onun üçün yaradılan problemlərin həllində ölkəyə yardım etməliyik", - deyə Sxeffer bildirib.

NATO Baş katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət bu mərhələdə Tbilisiyə hansı yardımın göstərilməsi barədə razılığa gəlməlidir. "Bunu Rusiyanın Gürcüstana qarşı hansı mövqe tutmasını nəzərə almaqla etmək lazımdır, belə ki, heç kim Avropanın təhlükəsizliyini təmin edən prinsip və dəyərlərə qarşı çıxa bilməz", - deyə Sxeffer bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti