...

Azərbaycan parlamenti prezident seçkisinə hazırlıq məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetirib-spiker

Siyasət Materials 16 Sentyabr 2008 16:51 (UTC +04:00)
Azərbaycan parlamenti prezident seçkisinə hazırlıq məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetirib-spiker

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sədri Oqtay Əsədov hesab edir ki, prezident seçkisinə hazırlıq yüksək səviyyədə həyata keçirilir.

"Prezident seçkisi yüksək səviyyədə, beynəlxalq standartlara uyğun, demokratik və şəffaf keçiriləcək", çərşənbə axşamı Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkisini müşahidə missiyasının rəhbəri Andres Herkellə görüşündə bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayacaq və 28 gün davam edəcək.

AŞPA müşahidə missiyasının altı nəfərdən ibarət nümayəndə heyəti seçkiqabağı vəziyyəti öyrənmək üçün bazar ertəsi Azərbaycana gəlib. Missiyanın üzvləri beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və ədliyyə naziri Fikrət Məmmədovlə görüşüblər.

Əsədov qeyd edib ki, parlament prezident seçkisinə hapzırlıq məsələsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirib.

"Parlament Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklər edib. Beynəlxalq təşkilatlar, Avrora Şurası və ATƏT bu dəyişikliklərə müsbət qiymət verib", - deyə parlamentin sədri əlavə edib.

AŞPA müşahidə missiyasının rəhbəri Andres Herkel bildirib ki, parlamentin Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklər sahəsində fəaliyyətini təqdir edirlər.

"Lakin bir sıra məsələlər var ki, hələ də həllini tapmayıb və bizim razılaşmadığımız məqamlar da var", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti