...

Türkiyə Kosovoda səfirlik açıb

Siyasət Materials 17 Sentyabr 2008 11:59 (UTC +04:00)

Türkiyə Kosovonın müstəqilliyini tanıdıqdan sonra bu ölkədə öz səfirliyini açıb. Bu haqda Cihan agentliyi məlumat verib. Türkiyə Kosovonun müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Kosovodakı Türkiyə diplomatik nümayəndəliyinin keçmiş rəhbəri Mustafa Sarnıç ölkəsinin Kosovodakı səfirliyində məsləhətçisi vəzifəsini yerinə yetirəcək. Sarnıç Türkiyə diplomatik nümayəndəliyinin Kosovoda 1999-cu ildən indiyə qədər BMT missiyası tərkibində fəaliyyət göstərdiyini bildirib.

"2008-ci il fevralın 17-də Kosovo öz müstəqilliyini elan etdikdən sonra Türkiyə bu ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Burada 1999-cu ildən 2008-ci ilə qədər Türkiyənin diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Bu nümayəndəliyin səfirliklə əvəz olunması sadəcə texniki prosesdir", - deyə Sarnıç bildirib.

Xəbər lenti

Xəbər lenti