Türkiyədə Ərəgənəkon terror təşkilatının cinayət işi üzrə aparılan təhqiqatla bağlı həbs edilmiş istefada olan ordu generalı Şener Əruyğur xəstəxanaya aparılıb. Bu haqda Türkiyənin "Cihan" agentliyi məlumat verib.
Kocaeli həbsxanasında saxlanılan Əruyğurun halı pisləşdiyindən səhər saatlarında Kocaeli Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Hazırda xəstəxanada gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və Əruyğurun müalicəsi davam etdirilir.