...

MDB PA Azərbaycanda keçiriləcək prezident seçkisinə müşahidəçilər göndərəcək

Siyasət Materials 17 Sentyabr 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir R.Novruzov/ MDB - nin Parlament Assambleyası (MDB PA) Azərbaycanda keçiriləcək prezident seçkisinə müşahidəçilərini göndərəcək. Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlova Azərbaycandakı prezident seçkisində monitorinq missiyasının baş əlaqələndiricisi təyin edilib. Bu barədə qərarı RF Federal Məclisi Federal Şurasının sədri Sergey Mironov qəbul edib, - çərşənbə günü Trend - a Azərbaycanın Milli Məclisindən xəbər veriblər. MDB PA missiyası bütün ölkə üzrə seçkinin monitorinqini aparacaq. Monitorinq qrupunun tərkibi formalaşdırılır. Qrupun sentyabrın sonunadək tam formalaşacağı gözlənilir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat - təşviqat kampaniyası sentyabrın 17 - də başlayacaq və 28 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti