...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçkini boykot etmiş siyasi təşkilatların efir vaxtından istifadə hüquqlarının olmadığını bəyan edib

Siyasət Materials 20 Sentyabr 2008 13:49 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçkini boykot etmiş siyasi təşkilatların efir vaxtından istifadə hüquqlarının olmadığını bəyan edib

Azərbaycan, Bakı, 20 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkisini boykot etmiş beş siyasi təşkilat, onlara efir vaxtının ayrılması ilə bağlı olaraq, İctimai Televiziyaya müraciət edəcək.

"Seçki qanunvericiliyində seçki kampaniyası dövründə həm təbliğat, həm də əks - təbliğatın aparılması nəzərdə tutulub. Prezident seçkisinin boykot edilməsi ilə bağlı birgə bəyanat imzalamış siyasi təşkilatlar Azərbaycanda siyasi proseslərə və ictimai rəyə kifayət qədər ciddi təsir etmək imkanına malikdirlər. Siyasi təşkilatların fikirlərini cəmiyyətə çatdırmaq hüququ var və onlar bu hüquqdan istifadə etməyə çalışacaqlar" - şənbə günü Müsavat partiyası İcra Aparatının rəhbəri Arif Hacılı Trend - a məlumat verib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası; Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə, Trend -a bildirib ki, prezident seçkisində iştirak etməyən qurumların, o cümlədən siyasi təşkilatlar və onların səlahiyyətli nümayəndələrin həm ödənişli, həm də ödənişsiz efir vaxtından istifadə etmək hüquqları yoxdur.

"Efir vaxtından yalnız qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri, vəkilləri istifadə edə bilərlər. Seçkini boykot etmiş siyasi təşkilatlar, hətta müşahidəçi kimi qeydə alınsalar belə, ödənişli və ödənişsiz əks - təbliğatla məşğul ola bilməzlər. Əks - təbliğatı Seçki Məsəlləsinin tələbləri pozulmadan, yalnız rəqib namizədlər bir-birinə qarşı apara bilərlər ", - Sarıyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti