...

Azərbaycanda seçkini boykot edən siyasi təşkilatlar Bakının mərkəzində mitinq keçirmək qərarına gəliblər

Siyasət Materials 22 Sentyabr 2008 16:10
Azərbaycanda seçkini boykot edən siyasi təşkilatlar Bakının mərkəzində mitinq keçirmək qərarına gəliblər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkisinin boykot edilməsi ilə bağlı birgə bəyanat imzalamış beş müxalif siyasi təşkilat sentyabrın 28 - də mitinqin keçirilməsi ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

"Müraciətdə Bakının doqquz mərkəzi meydanı, həmçinin, əvvəllər kütləvi aksiyalar keçirilmiş Nərimanov kino - teatrının qarşısındakı meydan, Elmlər Akademiyası yaxınlığındakı bağ, Hüseyn Cavid və Füzuli bağı göstərilib" - bazar ertəsi Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı Trend - a bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar ї Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Hacılı müraciətin "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna uyğun olaraq hazırlandığını bildirib: "Belə ki, müraciətdə Prezident Aparatı, Nazirlər Kabineti, Parlament binasından 200 metr aralı olan meydanlar göstərilib"

Onun sözlərinə görə, mitinqdə 10 min nəfərin iştirakı nəzərdə tutulur.

"Kütləvi aksiya azad seçki, seçki saxtakarlığına son qoyulması, Seçki Məcəlləsinin demokratikləşdirilməsi şüarları altında keçiriləcək", - deyə o bildirib.

Hacılı bildirib ki, mitinq təşkilatçıları "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna edilmiş pozitiv dəyişikliklərin təcrübədə necə həyata keçiriləcəyinin şahidi olmaq istəyirlər. "Qanunda kütləvi aksiya dövlət müəssisələrinin 300 metr deyil, 200 metrliyində keçirilməsinə icazə verilib. Mitinqə icazə verilməyəcəyi təqdirdə, pozitiv dəyişikliklərin heç bir mənası olmadığı təsdiqlənəcək", - deyə Hacılı bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti