...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 23 Sentyabr 2008 10:29

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 setyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 22-də saat 11.50-dən 12.00-dək və 15.30-dan 15.40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.30-dan 19.35-dək, 20.30-dan 20.40-dək və 21.10-dan 21.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.15-dən 21.20-dək və sentyabrın 23-də saat 05.30-dan 05.45-dək Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 06.30-dan 06.40-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti