...

Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər güclü iradəyə malikdirlər - Türkiyə XİN

Siyasət Materials 23 Sentyabr 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , M.İbrahimov/ Rəsmi Ankara Dağlıq Qarabağ pobleminin həlli uçün həm Ermənistanda, həm də Azərbaycanda güclü iradənin olduğunu bildirir.

BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşlər keçirən Türkiyənin XİN rəhbəri Əli Babacan ABŞ Srateji Araşdırmalar Mərkəzinin Xarici Əlaqələr Şurasında ölkəsinin xarici siyasətinə dair açıqlamasında Dağlıq Qarabağ pobleminin həlli üçün həm Ermənistanda, həm də Azərbaycanda güclü iradənin olduğunu bildirib. Bu haqda Haber 7 agentliyi məlumat verib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Babacan Gürcüstan-Rusiya münaqişəsinin Cənubi Qafqaz ölkələrini, o cümlədən Azərbaycan və Ermənistanı regionda öz mövqelərini yenidən nəzərdən keçirməyə məcbur etdiyini bildirib. Babacan Ermənistana səfəri zamanı Ermənistan XİN rəhbəri ilə keçirdiyi görüşdə qarşı tərəfin Ermənistan-Türkiyə və ErmənsitanїAzərbaycan münaqişələrinin həllinə meylli olduğunu bildirib. "Ermənistan tərəfi həm bizimlə, həm də Azərbaycanla olan münaqişələrin həllini arzuladığını bildirdi", - deyə Babacan bildirib. Babacan Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərindən sonra üç ölkə arasında olan problemlərin həlli üzrə danışıqların sürətlənəcəyini də əlavə edib.

Xəbər lenti

Xəbər lenti