...

Azərbaycanın rus icması hakim partiyanın namizədinə səs verəcək

Siyasət Materials 23 Sentyabr 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycanın rus icması prezident seçkisində hakim partiyanın namizədi İlham Əliyevə səs verəcək.

"İlham Əliyev Azərbaycanın inkişafına, Azərbaycanda yaşayan rus icmasının sosial vəziyyətinin yaxşılaşmasına böyük töhfə verib", - rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin çərşənbə axşamı "Ruslar Azərbaycanda" kitabının təqdimatında bildirib.

"Azərbaycan, vətəndaşlarının çoxmillətli olmasına görə bu regionun ölkələri arasında birinci yeri tutur, məhz Azərbaycanda rus dilinə böyük diqqət ayrılır. Ölkədə yayılan rusdilli mətbuatın sayı Gürcüstan və Ermənistanı qabaqlayır", - o bildirib. Bu icmanın üzvləri Azərbaycanda qarşıdakı prezident seçkisində hakim partiyanın namizədinə səs verəcəklər,- rus icmasının rəhbəri bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - trend

Xəbər lenti

Xəbər lenti