Ukrayna, Kiyev, 24 sentyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayanın Baş naziri Yuliya Timoşenko əmindir ki, Ukrayna prezidenti Viktor Yuşşenko növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib.
"Mən əminəm ki, Ukrayna prezidenti hər vasitə ilə demokratik hökuməti, demokratik koalisiyanı məhv etmək və bununla da prezident seçkilərində məni rəqib kimi aradan qaldırmaq üçün növbədənkənar seçkilərə getmək qərarına gəlib", - Timoşenko çərşənbə günü Nazirlər Kabinetində mətbuat konfransında bildirib.
Onun rəyinə görə, bu gün demokratik koalisiyanın fəaliyyətinin bərpası üçün hələ də zəmin var və Litvin Bloku fraksiyası koalisiyaya qoşula bilər. Bununla yanaşı, Timoşenko qeyd edib ki, o, Baş nazir kimi növbədənkənar seçkilərdə maraqlı deyil.
"Hələ ki biz, prezidenti və onun komandasını istənilən üsullarla geriyə, koalisiyaya qaytarmağa çalışırıq və Vladimir Litvinlə səhərdən axşamadək bunun üzərində işləyirik. Onu geriyə qaytarmaq mümkün olmasa, növbədənkənar seçkilərə yol verməyərək, məcburi ittifaqları necə yaratmaq barədə düşünəcəyik", - Timoşenko əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]