...

Gürcüstan prezidenti BMT Baş katibi ilə Abxaziyadakı münaqişənin nizamlanma perspektivlərini müzakirə edib

Siyasət Materials 25 Sentyabr 2008 11:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün gecə Nyu-Yorkda Gürcüstan prezidenti Mixail Saakaşvili ilə BMT Baş katibi Pan Gi Mun arasında keçirilən görüş zamanı təşkilatın Gürcüstana dair planları müzakirə edilib.

Gürcüstanın ABŞ-dakı nümayəndə heyətindən verilən məlumata görə, görüşdə BMT-nin Gürcüstanda həyata keçirmək niyyətində olduğu konkret tədbirlər müzakirə olunub.

Rusiya tərəfi Abxaziyada BMT missiyasının ləğv edilməsini tələb edir. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Abxaziya müstəqil dövlətdir və BMT-nin Gürcüstandakı missiyasının orada fəaliyyətinə heç bir ehtiyac yoxdur.

Saakaşvili Gürcüstan tərəfinin Abxaziyadakı münaqişənin sülh yolu ilə nizamlanması məsələsində BMT ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Görüş təqribən bir saat davam edib və bağlı qapılar arxasına keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti