...

Azərbaycanda axtarışda olan əsgər Rusiyada tutulub

Siyasət Materials 25 Sentyabr 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir S.Kazımlı /

Azərbaycanda hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində axtarış elan olunan əsgər Rusiyada tutulub.

Qaradağ rayon Polis İdarəsindən çümə günü Trend - a verilən məlumata görə, Azərbaycan Cinayət Məcəlləsininhərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə (333-cü) maddəsi ilə barəsində axtarış elan olunan 37 yaşlı Bakı sakini, Eldar Bilal oğlu Dövlətov çümə axşamı Rusiya Federasiyasında tutulub.

Rayon Polis İdarəsindən bildiriblər ki, Dövlətov 5 il əvvəl xidmət etdiyi "N" sayl hərbi hissəni özbaşına tərk etdiyindən, onun barəsində axtarış elan olunub.

Hazırda Dövlətovun Azərbaycana gətirilməsi üçün tədbirlər aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti