...

Gürcüstanın NATO-ya daxil olmaq perspektivi azdır - Nino Burcanadze

Siyasət Materials 27 Sentyabr 2008 14:48 (UTC +04:00)
Gürcüstanın NATO-ya daxil olmaq perspektivi azdır - Nino Burcanadze

Gürcüstan, Tbilisi, 27 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Bu günkü reallıqlar baxımından, Gürcüstanın NATO-ya daxil olmaq perspektivi azdır", - deyə Gürcüstan parlamentinin keçmiş spikeri, Demokratik İnkişaf Fondunun sədri Nino Burcanadze bildirib.

"Şimali Atlantika Alyansına daxil olmağın Tbilisi üçün nə qədər mühüm olmasını bütün dünya bilsə də, ölkədə real demokratik islahatlar keçirilməyincə bu barədə söhbət aparıla bilməz", - deyə o, jurnalistlərə bildirib.

Keçmiş spiker həmçinin bildirib ki, "Gürcüstanın avqustun 7-dək olan vəziyyətə qayıtması üçün bir neçə il lazım gələcək".

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti