...

Azərbaycan ilə Gürcüstan arasında dostluq davam edir – Gürcüstanın birinci xanımı (video)

Siyasət Materials 27 Sentyabr 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir C. Babayeva/ Gürcüstanda baş verən son hadisələr zamanı Azərbaycanın böyük dəstəyi hiss olunurdu. Bu barədə şənbə günü Bakıda jurnalistlərə Gürcüstanın birinci xanımı Sandra Rulofs bildirib.

"Azərbaycan və Gürcüstan arasında dostluq davam edir, bizim regionda ümumi maraqlarımız var. Biz həmişə əməkdaşlıq edəcəyik və bizim aramızda heç vaxt fikir ayrılığı olmayacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar ölkədə aparılan hərbi əməliyyatlar ilə əlaqədar ağır günlər yaşayıblar.

Rulofs qeyd edib ki, onun Azərbaycana səfəri Gürcüstandakı hadislərdən sonra ilk xarici səfərdir.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə, Gürcüstanda baş verən avqust hadislərindən sonra qonşu ölkəyə 25 ton humanitar yük göndərilib.

Beş avtomobildən ibarət kolona lazımi tibbi yardım avadanlıqları və dərman preparatları yüklənib.

Gürcüstan ilə Rusiya arasındakı münasibətlər avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatların başlanmasından sonra gərginləşib. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 25-də Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb.

Gürcüstanın birinci xanımı Sandra Rulofs Azərbaycanda iki günlük səfərdədir.

O, səfər çərçivəsində "Vərəmi dayandıraq" Qlobal Əməkdaşlıq Hərəkatının nümayəndəliri iləgörüş keçirib. Rulofs Hərəkatın səfiridir.

Gürcüstanın birinci xanımı Azərbaycanın Səhiyyə Nazirliyinin rəhbərliyi ilə də görüş keçirib və Vərəm Mərkəzinə baş çəkib.

Rulofs Azərbaycanın birini xanım Mehriban Əliyeva ilə də görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti