...

Taliban qiyamçılarından 8 nəfəri həbs olunub – Kabil şəhər polis rəisi

Siyasət Materials 29 Sentyabr 2008 13:43 (UTC +04:00)
Taliban qiyamçılarından 8 nəfəri həbs olunub – Kabil şəhər polis rəisi

Əfqanıstan, Kabil, 29 sentyabr / Trend , A. Həkimi / Kabil şəhər Baş Polis İdarəsinin rəisi Məhəmməd Əyyubi Saləngi Taliban silahlı qiyamçılarından 8 nəfərinin həbs olunduğunu bildirib. Həbs olunanlardan 4 nəfəri Kabildə, digər 4 nəfəri isə, paytaxtdan kənarda həbs olunub.

Trend - un Kabildəki müxbirinin məlumatına əsasən, Əyyubi Saləngi bazar ertəsi İdarənin avqust - sentyabr ayları üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransında bildirib ki, ötən iki ayda keçirilmiş 13 əməliyyat zamanı 42 nəfər qiyamçı , 4 nəfər saxta sənəd hazırlayan şəxs, 184 nəfər oğurluqla əlaqədar həbs ediliblər.

Onun sözlərinə görə, aparılmış əməliyyatlar zamanı saxta spirtli içkilər hazırlayan dəstənin 9 üzvi aşkarlanaraq yaxalanıb.

Əyyubi Saləngi Kabil şəhərində spirtli içki paylayan yük avtomobilinin saxlanılaraq, 1024 şüşə spirtli içki aşkar edildiyini qeyd edib.

Ötən iki ay ərzində Kabil şəhərində əməliyyatlar zamanı 7 kq tiryək və 5 kq heroin aşkarlanaraq götürülüb.

Polis rəisi əlavə edib ki, saxta sənədlə ölkə ərazisində gəzdiklərinə görə 15 nəfər saxlanılıb.

O bildirib ki, 20 ədəd oğurlanmış motosikl tapılıb, 182 ədəd müxtəlif markalı silah - sursat aşkarlanıb. Həmin silahlar bugünkü mətbuat konfransında jurnalistlərə nümayiş etdirilib.

Əməliyyatlar zamnı 2924 şübhəli avtomobil sürücüsü saxlanılıb, 197 ədəd peyk antenna və qadağan olunmuş videokaset aşkar edilərək götürülüb. 200 nəfər səfil və dilənçi polis tərəfindən saxlanılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti