...

Ermənistanın Türkiyənin layihəsində iştiraka razılıq verməsi müsbət trenddir

Siyasət Materials 29 Sentyabr 2008 13:16 (UTC +04:00)
Ermənistanın Türkiyənin layihəsində iştiraka razılıq verməsi müsbət trenddir

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend müxbir E.Tariverdiyeva/ Ermənistanın Türkiyənin "Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Platforması"nda iştiraka razılıq verməsi Qafqaz regionunda əksər mübahisəli məsələlərin müzakirəsi üçün müsbət trenddir. Lakin Türkiyənin təşəbbüsünün yardımı ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsində politoloqların rəyi müxtəlifdir.

"Ermənistan rəhbərliyinin Türkiyənin regiondakı roluna daha açıq olması çox vacibdir və bu indi baş verən müsbət dəyişikliklərdir", - Qafqaz üzrə amerikalı ekspert Svante Kornell (Svante Cornell) Stohkolmdan Trend -a bildirib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sentyabrın 26-da Nyu-Yorkda keçirilən görüşdə "Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Platforması"nın yaradılmasına dair Türkiyənin təşəbbüsünü dəstəkləyiblər, Türkiyənin xarici işlər naziri Əli Babacan CNN Turk telekanalına bildirib.

"Üçlük formatında dnaışıqlar gələcəkdə də davam etdiriləcək. İki dövlət hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair real istəkləri var", - diplomat bildirib.

Rusiya və Türkiyə sentyabrın ortalarında beş ölkə - Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan üçün "Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması"nın yaradılması üzrə planın realizəsinə başlayıblar. Bu platformanın yaradılmasında məqsədi Türkiyənin Qafqazda Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişələrinin daha tez həllinə yönələn səyləri olub. Müşahidəçilər, Ermənistanın Türkiyənin təşəbbüsündə iştiraka razılıq verməsini regionda problemlər üzrə konstruktiv danışıqların başlamasına doğru addım hesab edirlər. Avropa Komissiyası hesab edir ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına töhfə verə bilərdi.

"Türkiyənin "Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması"nın yaradılmasına dair təşəbbüsü çox maraqlıdır və bu regionda münaqişələrin həllinə yardım edə bilər", -  Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams cümə günü Trend -a bildirib. Türkiyənin təklifləri maraqlıdır və nəzərdən keçirilməlidir, o hesab edir. "Mən çox ümid edirəm ki, ATƏT-in Minsk Qrupu Türkiyənin təşəbbüsü ilə uzanmış münaqişələrin həllinə nail ola biləcək", - diplomat bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin təşəbbüsünə ümid bəsləyir. "Tamamilə mümkündür ki, Türkiyə prezidentinin İrəvana səfərindən sonra, Ermənistanda Qafqazda sülh və sabitliyin bərqərar olmasında iştirak edəcək", - Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.

Bu erməni siyasətinin kursudur, o hesab edir, və yaxın gələcəkdə Ermənistanın siyasətində dəyişiklikləri müşahidə etməyimiz tamamilə mümkündür. "Türkiyəyə yaxın dövlət kimi Azərbaycan və hazırda Türkiyə ilə münasibətlər qurmağı istəyən Ermənistan, Türkiyəyə kömək etdi və onun hazırda predmetsiz söhbət, havaya edilən təklif olmayan təşəbbüsünə lazımi qiyməti veri", - Türkiyənin Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov Trend -a bildirib. Lakin politoloq Ermənistan və Azərbaycan bu qərarını Qarabağ münaqişəsinə bitişik nəzərdən keçirmir. "Belə formatın yaradılmasının bənzər məsələlərin müzakirəsi üçün əlverişli olacağı istisna olmaqla, mən burada Qarabağ mövzusu görmürəm", o bildirib. Türkiyəli politoloq Arif Keskin də Türkiyənin təklif etdiyi platformanın Qarabağ probleminin həllində uğur qazanacağına inanmır. "Türkiyənin vasitəçiliyi ilə danışıqlar ən yaxşı halda Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasına gətirə bilər ki, bu da Qarabağ problemini daha da həlledilməz edəcək", - Avrasiya Strateji Araşdırma Mərkəzinin (Ankara) əməkdaşı Keskin telefonla Trend -a bildirib. Qafqaz üzrə amerikalı ekspert Kornell münaqişənin gələcək həllini Rusiyanın hərəkətləri ilə bağlıyır.

Onun sözlərinə görə, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülhə meylli olmasına dair ciddi siqnallar olmayanadək münaqişə həll edilməyəcək. "Hazırki vəziyyətdə - Rusiyanın regionda daha güclü, Qərbin isə zəif olduğu vəziyyətdə Qarabağ münaqişəsinin həlli istiqamətlərində dəyişiklikləri görmək pis olmazdı", - Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırmalar üzrə direktoru, Con Hopkins Universitetinin professoru Kornell telefonla Trend-ə bildirib.

Materialın hazırlanmasıdna E.Ostapenko (Bakı), B.Həsənov (Bakı), İ.Əlizadə (Bakı) və R.Ağayev (Moskva) iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti