...

Ukrayna prezidenti Böyük Britaniya və İtaliyaya səfər edəcək

Siyasət Materials 29 Sentyabr 2008 14:45 (UTC +04:00)

Ukrayna, Kiyev, 29 sentyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko cari ilin oktyabr ayında Böyük Britaniya və İtaliyaya səfər edəcək. Bu barədə dövlət rəhbərinin mətbuat xidməti Ukrayna Prezidenti Katibliyinin Xarici Siyasət Xidmətinin rəhbəri İqor Dolqova istinadən xəbər verir.

Onun sözlərinə görə, Viktor Yuşşenko oktyabrın 6 - da Böyük Britaniyaya işgüzar səfər edəcək. Səfər zamanı Ukrayna prezidentinin Böyük Britaniyanın Baş naziri Qordon Braun, həmçinin, xarici işlər naziri Devid Milibend ilə görüşləri keçiriləcək.

Prezident Katibliyinin məlumatına görə, Yuşşenko oktyabrın 7 - 8 - də İtaliya Respublikasının prezidenti Corcio Napolitanonun dəvəti ilə Romaya rəsmi səfər edəcək.

Səfər proqramında Ukrayna və İtaliya prezidentlərinin görüşü, həmçinin, nümayəndə heyətləri tərkibində ikitərəfli danışıqların aparılması, Yuşşenkonun İtaliyanın Nazirlər Şurasının sədri Silvio Berluskoni ilə görüşü nəzərdə tutulub.

Yuşşenkonun İtaliya Respublikası Senatı və Deputatlar Palatasının sədrləri ilə görüşünün keçirilməsi də planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti