...

Gürcü qaçqın və məcburi köçkünlərinin qayıdışı bir prioritetdir --AŞ - nın Baş Katibi

Siyasət Materials 30 Sentyabr 2008 15:18 (UTC +04:00)

Fransa, Strasburq, 30 sentyabr/ Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurasının Baş Katibi Terri Devis AŞPA - nın payız sessiyasında Gürcüstan - Rusiya münaqişəsinin təkcə regionun deyil, Avropa Şurasının da böhranı olduğunu bildirib.

Rusiya ilə Gürcüstan arasında silahlı münaqişə təkcə regionun deyil, habelə Avropa Surasının böhranıdır" - Devis bildirib.

Onun fikrincə, bütün təhrikedici hərəkətlərə son qoymaq və münaqişənin nizamlanmasına cəhd göstərmək lazımdır.

"Silahlı münaqişədən sonra Gürcüstana səfərim zamanı ölkə prezidenti və digər rəsmi şəxslərlə, beynəlxalq təşkilatların nümayəndələri ilə görüsdüm. Gürcüstana ilk səfərimizin səbəbi münaqişənin oradan başlaması və Rusiya tərəfinin bizi qəbul etməməsi idi" , - deyə Baş Katib əlavə edib.

Devisin fikrincə, Rusiya münaqişənin qarşısını almaq üçün dinc vasitələrdən istifadə etməyib. Moskva tərəfdaşı oldugu Insan Hüquqları Konvensiyasına ziddi hərəkət edib.

"Digər tərəfdən, rus sülhməramlıları Cənubi Osetiyanın təhrikedici hərəkətlərinin qarşısını almaqda uğursuz addım atıblar. BMT- nin 63 - cü sessiyasında mən monitorinq keçrilməsini təklif etdim", - Devis bildirib.

"Avropa Surasının Mədəniyyət Baş Direktorluğu regiona münaqişənin fəsadlarının araşdırılması ilə baglı missiya göndərəcək. AŞ Sosial Yardım Direktorluğu da Gürcüstana səfər edəcək. Mən özum isə, gələn həftə Gürcüstana səfər edəcəyəm" - deyə, Baş Katib qeyd edib.

Devisin fikrincə, qaçqın və məcburi köçkünlərin qayıdışı mütləq bir prioritetdir. "Bu məsələ ilə kimin məşğul olacağını müəyyən etmək lazımdır. Buna görə də, daha dəqiq araşdırma aparılması zəruridir", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti