...

Azərbaycan MAQATE - ni işğal edilmiş ərazilərdən nüvə materiallarının qanunsuz dövriyyəsi üçün istifadəyə qarşı tədbirlər görməyə çağırıb

Siyasət Materials 1 Oktyabr 2008 13:21 (UTC +04:00)
Azərbaycan MAQATE - ni işğal edilmiş ərazilərdən nüvə materiallarının qanunsuz dövriyyəsi üçün istifadəyə qarşı tədbirlər görməyə çağırıb

Avstriya, Vyana, 01 oktyabr/ Trend , müxbir A.Ələsgərov/ Azərbaycan MAQATE - ni işğal edilmiş ərazilərdən nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi üçün istifadəsinin mümkünlüyü ilə bağlı tədbirlər görməyə çağırıb.

"Dövlətlər arasında həll edilməmiş münaqişələrin olması, separatizm və heç bir beynəlxalq hüquqi öhdəliklərə tabe olmayan öz müstəqilliyini elan etmiş dövlətlərin yaranması bu gün sülh və sabitliyə qlobal təhlükələrdən biridir. Öz müstəqilliyini elan etmiş dövlətlərin ərazilərindən nüvə və radioaktiv materialların maneəsiz dövriyyəsi, onların icazə verilməyən məqsədlərdə isitfadə üçün imkanlar mövcuddur. Bu məsələ Azərbaycanın yerləşdiyi regionda xüsusilə aktualdır", - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Vyanda, Atom Energetikası üzrə Beynəlxalq Agentliyin (MAQATE) Baş Konfransının 52 - ci sessiyasında bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992 - 93 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.  

Atom Energetikası üzrə Beynəlxalq Agentliyin (MAQATE) Baş Konfransının Vyanada keçirilən 52 - ci sessiyasında dünyanın 140 - dan çox ölkəsindən mütəxəssis iştirak edir.

Kərimov MAQATE -ni bu faktlarla əlaqədar tədbirlər görməyə və dünyada sülh və sabitliyin təmin edilməsi üçün səylərini artırmağa çağırıb.

Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinə ekologiya, fövqəladə hallar nazirlikləri, Gömrük Komitəsi və Nazirlər Kabinetindən ekspertlər qrupu daxildir. Azərbaycanın nümayəndə heyəti MAQATE - nin Bş Konfransının 52 - ci sessiyasının gedişində, bu qurumla texniki əməkdaşlıq çərçivəsində, bir neçə görüş keçirəcək.

Kərimov vurğulayıb ki, Azərbaycan MAQATE - nin nüvə elmi və texnologiyaları sahəsində davamlı inkişaf üçün ölkənin əsas tələblərinin ödənilməsinə istiqamətlənmiş proqramların realizəsinə yardıma yönələn səylərini yüksək qiymətləndirir.

Azərbaycanın Vyanadakı diplomatik korpusunun nümayəndələri bütün görüşlərdə nümayəndə heyətini müşayiət edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti