Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbirR.Novruzov/ Avropa Şurasının Venesiya Komissiyası qarşıdakı prezident seçkilərində Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə öz ekspertini Azərbaycana göndərib.
Venesiya Komissiyasından ekspert Masters Oven artıq Bakıdadır və MSK ilə işləyir,- Venesiya Komissiyası katibliyinin nümayəndəsi Sergey Kuznetsov cümə axşamı Strasburqdan telefonla Trend - a bildirib.
Venesiya Komissiyasının katibi Canni Bukikkio bir müddət əvvəl ekspertin fəaliyyətinə yardım göıstərilməsi xahişi ilə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədrinə müraciət edib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Prezidentliyə namizədlərin təbliğat - təşviqat kampaniyası sentyabrın 17- də başlanıb və 28 gün davam edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]