...

Azərbaycan gənclərini prezident seçkisində layiqli namizədə səs verməyə çağırıblar

Siyasət Materials 3 Oktyabr 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərini prezident seçkisində layiqli namizədə səs verməyə çağırıb.

"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarının gələcəkdə həyata keçirilməsi üçün gəncləri iradə nümayiş etdirməyə və prezident seçkisində fəal iştirak etməyə çağırıram", - deyə cümə günü Bakıda keçirilən Azərbaycan Gənclərinin V Forumunda nazir bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycan əhalisinin 40 faizini gənclər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti