...

Azərbaycan prezidenti Horadiz şəhərinə təbii qazın verilməsi mərasimində iştirak edib

Siyasət Materials 4 Oktyabr 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend / Azərbaycanın cənub-qərbində yerləşən (paytaxt Bakıdan 270 kilometr aralı) Füzuli rayonunun Horadiz şəhərinə təbii qazın verilməsi bərpa olunub.

Oktyabrın 4-də prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak edib.


Dövlət başçısı əvvəlcə Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının, o cümlədən Horadiz şəhərinin qaz təchizatı sxemi ilə tanış olub.


"Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov məlumat verib ki, layihənin birinci mərhələsində təxminən 69 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsi nəzərdə tutulmuşdu. Horadiz şəhərində qazpaylayıcı xəttin uzunluğu 8600 metr olacaq. İndiyədək 6 min metr qaz xətti çəkilib. Bütövlükdə 2050 evin qazlaşdırılması nəzərdə tutulur. Hələlik 300 evə mavi yanacaq verilir.


Prezidentə ümumən respublikada qazlaşdırmanın vəziyyəti barədə də məlumat verilib. Bildirilib ki, 2008-ci ildə Azərbaycanda 1 milyon 374 min 468 əhali abonentinə qaz verilir ki, bu da 83,6 faiz deməkdir. 2013-cü ilə qədər həmin abonentlərin sayının 1 milyon 484 min 622-yə çatdırılması nəzərdə tutulur. Təbii qazdan istifadə edən əhalinin evlərində və mənzillərində 1 milyon 105 min 715 sayğac qoyulub. Prezident İlham Əliyev Horadiz şəhərinə təbii qazın verilməsinin bərpasını bildirən məşəli alovlandırıb və mərasimdə çıxış edib.

Sonra dövlətimizin başçısı və xanımı sakinlərlə görüşüblər. Horadizlilər ölkədə aparılan iqtisadi islahatları, əhalinin yaşayışının yaxşılaşdırılması üçün görülən işləri yüksək qiymətləndiriblər.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti