...

AVCİYA prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir

Siyasət Materials 7 Oktyabr 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktaybr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardim Assosiasiyası (AVCİYA) prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir.

Oktyabrın 12-dək davam edəcək treninqlər Bakı şəhərinin rayonlarını, Abşeron və Sumqayıt şəhərini əhatə edir. Treninqlər zamanı müşahidəçilərə AVCİYA seçki qəragahının hazırladığı "2008-ci il prezident seçkilərinin monitorinqi" yaddaş kitabçası və lazımi materiallar olan qovluqlar təqdim olunur.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

AVCİYA respublikanın 12 regional mərkəzində müşahidəçilər üçün treninqləri başa çatdırıb. Təşkilat Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkisində "exit-poll" keçirmək üçün qeydə alınıb. AVCİYA ölkə üzrə bütün mətəqələrdə seçkiləri müşahidə edəcək və "ELS" təşkilatı ilə birlikdə 800 seçki məntəqəsində "exit-poll" keçirəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti