...

Lənkəran rayonunda 1056 müşahidəçi prezident seçkisini izləyəcək

Siyasət Materials 9 Oktyabr 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 09 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) prezident seçkisini 1056 müşahidəçi izləyəcək. Bu barədə Trend -un bölgə müxbirinə Lənkəran şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları üzrə şöbə müdiri Elşad İbrahimov məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

İbrahimov deyib ki, qeydə alınan müşahidəçilərdən 451 nəfəri siyasi partiyaların tərkibindədir, 438-i isə qeyri-hökumət təşkilatlarının nümayəndələridir. Digərləri isə öz təşəbbüsü ilə müşahidə aparanlardır.

Lənkəranda seçki bildirişlərinin paylanılması başa çatıb. Məlumata görə, artıq seçicilərin təxminən 95 faizi bildirişlərlə təmin olunub. Yerdə qalanına Bakıya və digər rayonlara müvəqqəti olaraq getdiklərindən verilməyib.

Rayonda fəaliyyət göstərən Dairə Seçki Komissiyalarından verilən məlumata görə, Lənkəranda seçici siyahılarında111 250 nəfər yer alıb. Seçicilərdən 532 nəfərinə qeydiyyatdan çıxma vəsiqəsi verilib.

Lənkəranda dörd (73, 74,75, 76 saylı) Dairə Seçki Komissiyası, 115 seçki məntəqəsi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti