...

Azərbaycan MDB XİNŞ-nin Bişkek iclasında qəbul olunan sənədlərin hamısını imzalamayıb - xarici işlər nazirinin müavini

Siyasət Materials 9 Oktyabr 2008 12:54 (UTC +04:00)
Azərbaycan MDB XİNŞ-nin Bişkek iclasında qəbul olunan sənədlərin hamısını imzalamayıb -  xarici işlər nazirinin müavini

Qırğızıstan, Bişkek, 09 oktyabr / Trend , müxbir R.Məşədihəsənli / Azərbaycan MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Bişkekdə keçirilən iclasında qəbul olunan sənədlərin hamısını imzalamayıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov cümə axşamı Trend -a bildirib ki, Azərbaycan MDB XİNŞ-nin Bişkekdə keçirilən iclasında qəbul edilən 24 sənəddən yalnız ölkənin maraqlarına cavab verənləri imzalayıb.

İclas zamanı nəzərdə tutulan 26 sənəddən 24-ü nəzərdən keçirilib.

Gürcüstanın yalnız 2009-cu il avqustun 18-dən ї ərizə verilən gündən sonra Birliyin tərkibindən çıxmasına dair qərar qəbul olunub.

Oktyabrın 10-da Bişkekdə MDB dövlət başçıları Şurasının növbəti iclası keçiriləcək. Birlik fəaliyyətinin mühüm aspektləri ilə bağlı təqribən 20 məsələnin gündəliyə daxil edilməsi planlaşdırılır. MDB çərçivəsində ї strukturun gələcək inkişaf konsepsiyasında prioritet təşkil edən sahələr üzrə iqtisadi qarşılıqlı əlaqələr tematikası mühüm yer tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı ї [email protected]

Xəbər lenti

Xəbər lenti