...

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan dəstə tutulub

Siyasət Materials 10 Oktyabr 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir S.Kazımlı/ Bakıda nartotik maddələrin satışı ilə məşğul olan dəstə üzvləri hadisə başında yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, General Mehmandarov küçəsində Şirvan şəhər sakinləri Sakit Yaqubov, əvvəllər məhkum olunan Rəhman Bağırov, Cəlilabad rayon sakinləri Nazim Cəfərov və əvvəllər məhkum olunan Elsevər Quliyev 10 kiloqram 174,8 qram həşişi 50 min dollara satarkən tutulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti