...

Azərbaycanın müxalifət partiyası üzvlərinə seçkidə iştirak məsələsində sərbəstlik verib

Siyasət Materials 10 Oktyabr 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) katibliyinin iclasında partiya üzvlərinin və tərəfdarlarının prezident seçkilərində iştirakı məsələsi müzakirə olunub.

"Toplantıda partiya üzvlərinin seçkidə sərbəst şəkildə iştirak etməsi ilə bağlı qərar qəbul olunub", cümə günü Trend -a AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib.

Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

AMİP seçkidə iştirak etməmək barədə qərar verib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

AMİP funksionerinin sözlərinə görə, partiyanın rəhbərliyi üzvlərinə və tərəfdarlarına sərbəstlik verməklə, Azərbaycan Konstitusiyasında təsbit olunan hər bir vətəndaşın seçmək və seçilmək hüququna hörmətlə yanaşdığını bir daha nümayiş etdirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti