...

"Aqo" qrupunun iclasında Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunub

Siyasət Materials 10 Oktyabr 2008 23:23 (UTC +04:00)

Fransa, Strasburq 10 oktyabr / "Trend  News" müxbir A.Məhərrəmli/ Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun iclasında oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunub. Bu barədə Trend -a Azərbaycanın Avropa Şurasındakı Daimi Nümayəndəliyindən bildiriblər.

Cümə günü keçirilən iclasda "Aqo" Qrupunun üzvlərindən başqa, Azərbaycanın AŞ yanında daimi nümayəndəsi, səfir A. Məmmədov, həmçinin Venesiya Komissiyasının katibi G. Bukikkio, AŞ-nin Demokratiya və Siyasi Məsələlər üzrə baş direktoru J. Loran, habelə AŞPA katibliyinin nümayəndələri iştirak ediblər.

Qrup üzvləri, Venesiya Komissiyasına istinadən bildiriblər ki, Azərbaycanın Seçki Məcəlləsi demokratik və ədalətli seçkilər keçirməyə tam şərait yaradır. "Aqo" rəsmiləri Azərbaycanın hakimiyyət qurumlarının seçkiləri Avropa standartlarına uyğun keçirə biləcəklərinə inandıqlarını vurğulayıblar.

Qrupun sədri S. Stoyan müzakirələrə yekun vuraraq, seçkilərdən sonra müvafiq görüşün təşkil ediləcəyini qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti