Fransa, Strasburq 10 октйабр / "Trend News" müxbir A.Məhərrəmli/ Avropa Şurasının (AŞ) Baş katibi Terri Devisin fəaliyyət müddəti 2009-cu il avqustun 31-də başa çatır.
Yeni baş katibin seçkisi isə AŞPA-nın 2009-cu il 22-26 iyun tarixli sessiyasında keçiriləcək. Bu barədə cümə günü Trend -a Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyindən bildiriblər.
Bu vəzifəyə namizədlərdən biri Norveç parlamentinin sədri Torbyorn Yaqlanddır. O, müxtəlif dövrlərdə Norveçin dövlət və xarici işlər nazirləri vəzifələrində çalışıb. Onun Avropada kifayət qədər yüksək nüfuza malik olduğu bildirilir.
Əldə etdiyimiz qeyri-rəsmi məlumata əsasən, AŞPA-nın Belçikadan olan nümayəndəsi L. van der Brande də namizədliyi müzakirə olunur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]