...

Azərbaycan mətbuatında prezident seçkisi ilə bağlı monitorinqin nəticələri açıqlanıb (video)

Siyasət Materials 11 Oktyabr 2008 13:41 (UTC +04:00)
Azərbaycan mətbuatında prezident seçkisi ilə bağlı monitorinqin nəticələri açıqlanıb (video)

Azərbaycan, Bakı, 11 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın "İnkişaf" Sosial - İqtisadi Araşdırmalar Mərkəzi və "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" prezident seçkisi ərəfəsində mətbuatda apardığı monitorinqin nəticələrini açıqlayıb.

"Mointirinq nəticəsində daha çox qanun pozuntusuna müxalifətyönlü qəzetlərdə yol verildiyi məlum olub" - bu barədə şənbə günü Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında "İnkişaf" Sosial - İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Mirbəşiroğlu bildirib.

Trend - un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Mərkəz rəhbəri qeyd edib ki, monitorinq sentyabrın 17-dən oktyabrın 10 -dək aparılıb və on qəzeti əhatə edib. Bunlar "Azadlıq", "Bizim yol", "Yeni Müsavat", "Olaylar", "525-ci qəzet", "İki sahil", "Səs", "Xalq cəbhəsi", "Yeni Azərbaycan" və "Xalq qəzeti" - dir.

"Bu, bizim apardığımız ücüncü monitorinqdir. Bu dəfəki monitrinqdə məqsəd qəzetlərin prezident seçkisi ərəfəsində Seçki Məcəlləsinin tələblərinə nə qədər əməl etdiklərini müəyyənləşdirməkdir ", - o əlavə edib.

Monitorinq altı kriteriya üzrə keçirilib. Seçki qanunvericliyinə əməl edilməsi kriteriyası üzrə ən çox qanun pozuntusuna "Azadlıq" qəzeti yol verib. Qəzetdə 16 qanun pozuntusu qeydə alınıb. Sonrakı yerləri "Bizim yol" 9, "Yeni Müsavat" 8, "Olaylar", "525- ci qəzet ", "İki sahil", hərəyə 3 qanun pozuntusu ilə tutublar.

Seçicilərin hüquqlarına hörmətlə yanaşılması kriteriyasını "Bizim yol" 5,"Azadlıq" 3, "Yeni Müsavat" 3 dəfə pozub.

Seçki prosesində jurnalistin tərəf kimi iştirakı kriteriyasını "Azadlıq" -21, "Xalq cəbhəsi" -17, "Yeni Müsavat" -15, "Bizim yol" - 4, "525-ci qəzet" - 3 dəfə pozub.

Seçki prosesinin qeyri - obyektiv işıqlandırılması kriteriyası üzrə "Yeni Müsavat" 10, "Azadlıq" 10, "Bizim yol" 5, "Xalq qəzeti" 1 dəfə qanun pozuntusuna yol verib. Digər qəzetlər bu göstərici üzrə qanun pozuntusuna yol verməyiblər.

Təbliğat dövründə bütün iddiaçılara bərabər yer ayrılması və namizəd əleyhinə əsası olmayan informasiyaların yayılması kriteriyalarını da daha çox "Azadlıq", "Bizim yol", "Yeni Müsavat" qəzetləri pozublar.

Mirbəşiroğlu deyib ki, mətbuatın monitorinqini prezident seçkisindən sonra da davam etdirəcəklər: "Çünki əvvəlki monitorinqlərdən sonra mətbuatda qanun pozuntularının sayı azalıb".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti