Azərbayca, Bakı, 12 oktyabr/ Trend / Azərbaycanda, oktyabrın 15-də keçiriləcək prezident seçkilərini Rusiya, Qazaxıstan, Ukrayna və Latviya mərkəzi seçki komissiyalarının sədrləri və üzvləri izləyəcəklər.
MSK yanında Müstəqil Mətbuat Mərkəzindən Trend -a bildiriblər ki, Rusiya Federasiyası MSK-nın müşahidə missiyasına bu təşkilatın sədri Vladimir Çurov, Qazaxıstanın Mərkəzi Seçki Komisiyasının nümayəndə heyətinə isə komissiyanın sədri Kulandık Turqankulov rəhbərlik edəcəklər.
Adları çəkilən dövlətlərin Mərkəzi Seçki Komissiyalarının rəhbərləri və üzvləri Azərbaycanda seçkiləri müşahidə etməklə yanaşı bir sıra görüşlər keçirəcək, təcrübə mübadiləsi aparacaqlar.
Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]