...

Gürcüstanın Nəqliyyat Administrasiyası Kulevidə Ukrayna gəmisinin qəzaya uğrama səbəblərini açıqlayıb

Siyasət Materials 14 Oktyabr 2008 12:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Kulevi terminalında Ukraynaya məxsus "Skadovski" gəmisinin qəzaya uğramasına meteoroloji şərait səbəb olub. Bu barədə Nəqliyyat Administarsiyasının rəhbəri İrakli Taktakişvili bildirib.

Onun sözlərinə görə, gəminin ekipaj üzvləri fırtına ehtimalı barədə xəbərdar olunublar, lakin ekipaj təhlükəsizlik tədbirləri görməyib. Qəza nəticəsində üç ekipaj üzvü həlak olub.

"Bu vaxtadək gəmi çevrilmiş vəziyyətdə qalmaqdadır. Artıq duru yanacağın 30 faizi götürülüb. İki-üç gündən sonra gəminin göyərtəsində duru maye qalmayacaq. İndi Kulevi limanı adi iş rejimində fəaliyyət göstərir. Gəminin qəzaya uğraması Kulevi limanı üçün ekoloji qəza təhlükəsi törətmir. Araşdırma aparılır", - deyə Taktakişvili bildirib.

Ukrayna gəmisi Kulevi limanında sentyabrın 30-da qəzaya uğrayıb. Gəmi limana girişin dərinləşdiarilməsi ilə məşğul olurdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti