...

Ukrayna hökuməti növbədənkənar seçkilərin keçirilməsi üçün Ehtiyat Fondundan vəsaitlərin ayrılmasını təsdiqləməyib

Siyasət Materials 14 Oktyabr 2008 18:02 (UTC +04:00)

Ukrayna, Kiyev, 14 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Nazirlər Kabineti çərşənbə axşamı keçirilən növbədənkənar iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ölkənin Ehtiyat Fondundan vəsaitlərin ayrılmasını təsdiqləməyib.

Ukrayna prezidenti katibliyi rəhbərinin birinci müavini Aleksandr Şlapakın rəyinə görə, hökumət Maliyyə Nazirliyinə, təcili surətdə 2008 - ci ilin dövlət büdcəsinə parlamentə növbədənkənar seçkilərin keçirilməsinin maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılmasını nəzərdə tutan dəyişiklikləri hazırlamağı tapşırıb.

Əvvəllər Ukrayna prezidenti Viktor Yuşşenko fərmanla Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) qərarını qüvvəyə mindirib. Sənədə əsasən, Nazirlər Kabineti təcili surətdə Ehtiyat Fondundan Mərkəzi Seçki Komissiyasına Ukrayna Ali Radasına 2008 - ci il dekabrın 7- nə təyin edilmiş növbədənkənar seçkilərin hazırlanması və keçirilməsinin təmin edilməsi üçün zəruri olan vəsaitin ayrılmasını həll etməli, onların 2008 - ci il oktyabrın 13 - dək köçürülməsini təmin etməliydi.

Dövlət başçısı hesab edir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə lazım olan 417,5 mln. ölkənin Ehtiyat Fondundan ayrılmalıdır. Onun rəyinə görə, Ali Radanın səlahiyyətlərinin növbədənkənar dayandırılmasını nəzərə almaqla, o, Ukraynanın 2008 - ci il dövlət büdcəsi haqqında Qanuna müvafiq dəyişikliklər etməklə, göstərilən vəsaitləri ayıra bilməz.

Ali Radada 2008 - ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsi qeydə alınıb. Onun müəllifi prezidentyönlü "Bizim Ukrayna" partiyasından deputat Kseniya Lyapinadır. O hesab edir ki, Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün 2008 - ci ilin dövlət büdcəsindən 497 mln. qriven ayırmaq lazımdır.

2007 - ci ildə Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsinə 356 mln. qriven ayrılıb. O zaman prezident Ali Radanın buraxılması haqqında fərmanlarından birini ləğv edib və beləliklə, dövlət büdcəsinə dəyişikliklərin qəbulu üçün parlamentin səlahiyyətlərini bərpa edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti