...

Sankt - Peterburqda MDB müdafiə nazirləri Şurasının növbəti görüşü olacaq

Siyasət Materials 14 Oktyabr 2008 18:13 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 14 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Qırğızıstan Müdafiə nazirinin birinci müavini Murat Beyşenbiyevin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə axşamı Müstəqil Dövlətlər Birliyi müdafiə nazirləri Şurasının 55-ci iclasında iştirak etmək üçün Sankt - Peterburqa yola düşüb. Bu barədə Trend -a Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

MDB müdafiə nazirləri Şurasının növbəti iclası Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun sədrliyi ilə keçiriləcək. İclasın gedişində Şuranın 2008 -ci il ərzində gördüyü işlərə yekun vurulacaq, növbəti il üçün Birlik ölkələri arasında əməkdaşlığın inkişafı və genişləndirilməsi üzrə sənəd və planlar qəbul ediləcək.

MDB-nin tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Xəbər lenti

Xəbər lenti