...

Azərbaycanın Seçki Məcəlləsi MDB məkanında ən yaxşılardan biridir – MDB PA-nın müşahidəçi missiyası

Siyasət Materials 14 Oktyabr 2008 19:29 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsi MDB məkanında ən yaxşılardan biridir – MDB PA-nın müşahidəçi missiyası

Azərbaycanın Seçki Məcəlləsi MDB məkanında ən yaxşılardan biridir və çox ölkə üçün nümunə ola bilər, - MDB Parlamentlərarası Assambleyasının Baş Katibi Mixail Krotov çərşənbə axşamı Bakıda mətbuat konfransında bildirib.

"Seçki Məcəlləsinə və sərbəst toplaşma azadlığı haqqında Qanuna dəyişikliklər beynəlxalq standartlara tam cavab verir", - o bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Krotovanın sözlərinə görə, MDB PA - nın müşahidə missiyasının yekun hesabatı MDB müşahidə missiyasının hesabatına daxil olacaq. "Müşahidə missiyasının ayrıca rəyi olacaq və Parlament Assambleyasının oktyabrın 24 - də keçiriləcək iclasında müzakirə ediləcək", - o bildirib.

MDB Parlamentlərarası  Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova bildirib ki, missiya, Qanuna müvafiq olaraq, seçki prosesini izləyəcək. "Azərbaycanda qanunvericiliyə demokratik prinsiplərə cavab verən çox sayda dəyişiklik edilib", - Orlova bildirib.

Orlova güman edir ki, prezident seçkisi Azərbaycan üçün çox vacibdir. "MDB PA-nın müşahidə missiyası avqustun 1-dən Azərbaycanda prezident seçkiləri ilə əlaqədar üç regionda - Gəncə, Quba və Lənkəranda monitorinq aparır. Missiyanın tərkibinə Qazaxıstan, Moldova, Qırğızıstan, Ukrayna, Rusiya, Tacikistan və Belarusdan parlamentarilər daxildir", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti